Məleykə Abbaszadə kimisə işdən çıxarmayıb - YENİLƏNİB
21 noyabr 2026 17:34 (UTC +04:00)

Məleykə Abbaszadə kimisə işdən çıxarmayıb - YENİLƏNİB

0

Bakı Dövlət Universiteti yeni rektor Məleykə Abbaszadənin öz köməkçisini işdən çıxarması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

BDU-dan Lent.az-a verilən xəbərdə qeyd olunub ki, universitetin rektoru Məleykə Abbaszadə noyabrın 19-da universitetin kollektivinə təqdim edilib. Rektor vəzifəsinin icrasına başlayandan sonra heç bir əməkdaşın işdən azad olunması və ya təyinatı ilə bağlı əmr imzalamayıb:

"BDU ilə bağlı məlumatları yayımlamamış universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ilə dəqiqləşdirməyi və rəsmi xəbərlərə istinad etməyi xahiş edirik".

***
13:27

Bakı Dövlət Universitetində (BDU) kadr islahatı aparılıb.

Lent.az “Unikal”a istinadən xəbər verir ki, bununla bağlı BDU-nun rektoru Məleykə Abbaszadə Əmr imzalayıb.

Əmrə əsasən, rektorun köməkçisi Nərmin Heydərli vəzifəsindən azad edilib.

Qeyd edək ki, o, sabiq rektor Elçin Babayevin dövründə bu vəzifəyə təyin olunmuşdu.

Xatırladaq ki, bir neçə gün əvvəl E.Babayev BDU-nun rektoru vəzifəsindən azad olunub və onun yerinə DİM sədri M.Abbaszadə təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1055

Oxşar yazılar