ABŞ Maduro kimi Putini ələ keçirə bilərmi?  Trampın CAVABI
10 yanvar 2026 15:56 (UTC +04:00)

ABŞ Maduro kimi Putini ələ keçirə bilərmi? Trampın CAVABI

0

Donald Tramp ABŞ ordusunun Vladimir Putini ələ keçirmək üçün əməliyyat keçirməsi ehtimalına münasibət bildirib.

ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduroya qarşı görülən tədbirlərə bənzər şəkildə Rusiyanın dövlət başçısı Vladimir Putini ələ keçirmək üçün xüsusi əməliyyat keçirməyin məqsədəuyğunluğuna şübhə ilə yanaşdığını bildirib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Amerika lideri qeyd edib ki, Kreml liderinə qarşı bu cür güclü tədbirləri bu mərhələdə zəruri hesab etmir.

Jurnalistlərin Putinin həbsinə əmr verə biləcəyi ilə bağlı suallarını cavablandıran Tramp diplomatik yanaşmanın vacibliyini vurğulayıb. O, həmçinin Vladimir Zelenskinin Venesueladakı son hadisələrə reaksiyasını xatırladıb. O zaman Zelenskinin Maduronun təcrübəsinin digər diktatorlar üçün presedent ola biləcəyini irəli sürdüyü bildirilib.

"Buna ehtiyac olacağını düşünmürəm. Onunla (Putinlə – red.) həmişə çox yaxşı münasibətim olub. Baş verənlər məni kədərləndirir", - Tramp bildirib.

O əlavə edib ki, Putin Avropadan deyil, Trampın rəhbərliyi altında ABŞ-dan qorxur. 
Ağ ev rəhbərinin sözlərinə görə, Avropa fərqli bir hekayədir, dəyişir və vəziyyəti nəzarətə götürməlidir. O, həmçinin Avropaya olan rəğbətini vurğulayıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1115

Oxşar yazılar