Cənubi Afrika Respublikasının şimalında keçirilən bayram tədbiri zamanı ildırım vurması nəticəsində iki nəfər həyatını itirib, təxminən 150 nəfər xəsarət alıb.
Lent.az xəbər verir ki, bu barədə "EWN" radio stansiyası Şimal-Qərb əyalətinin səhiyyə orqanlarına istinadla məlumat yayıb.
Məlumata görə, xəsarət alanlardan 13-nün vəziyyəti ağırdır. Hazırda 49 nəfər xəstəxanada müalicə alır, digər zərərçəkənlərə isə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Hadisə ölkə paytaxtı Pretoriyadan 70 kilometr şimalda yerləşən Dertiq qəsəbəsində baş verib.
Qeyd olunub ki, insanlar ənənəvi musiqi və rəqs festivalına toplaşdığı zaman qəfil başlayan fırtına zamanı ildırım birbaşa izdihamın üzərinə düşüb.