Ahıl dərzi ehtiyacı olanları “asma paltarları”  ilə sevindirir
17 fevral 2022 01:10 (UTC +04:00)

Ahıl dərzi ehtiyacı olanları “asma paltarları” ilə sevindirir

Elazığda 68 yaşlı dərzi 10 ildir vətəndaşlarla birlikdə gətirdiyi və təmir etdiyi paltarları “Asılı Geyim” kampaniyası ilə ehtiyacı olanlara çatdırır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 ildi dərzi işləyən Bədri Yaman (68 yaşlı) əlində qalan və 10 il əvvəl satılmayan paltarları ehtiyacı olanlara bağışlamaq qərarına gəlib.

Bu səbəbdən öz mağazasının qarşısında həmin paltarı asmağa başlayıb. Bu işdə ona vətəndaşlar da dəstək olub. İnsanların gətirdiyi müxtəlif ölçülü paltarları tikib təmir etdirərək "ehsan körpüsü" quran Bedri Yaman paltarları yay-qış demədən imkansızlara paylayır.

“10 ilə yaxındır ehtiyacı olanlara paltar paylayıram. Vətəndaşlarımız onları bizə gətirirlər. Biz də yoxlamalarımızı edirik. Bundan sonra onu asılqandan asırıq. Vətəndaşlar da öz istək və ehtiyaclarına uyğun gəlib, ala bilərlər. Hər yaş qrupuna uyğun ətəklər, şalvarlar, çantalar, ayaqqabılar var. Onları çöldə səbətdə qoyuruq. Vətəndaşlar da gəlib səbətdən alırlar” - Yaman deyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1768

Oxşar yazılar

Nümayəndə heyəti İrana gedir - Danışıqlar başladı

Nümayəndə heyəti İrana gedir - Danışıqlar başladı

4 avqust 2025 , 06:07
UNICEF-dən qorxulu açıqlama - 640 mindən çox uşağın......

UNICEF-dən qorxulu açıqlama - 640 mindən çox uşağın......

4 avqust 2025 , 04:15
Süveydada təhlükəli olay

Süveydada təhlükəli olay

3 avqust 2025 , 14:39
Krasnodarda küçələri, yolları su basdı-VİDEO

Krasnodarda küçələri, yolları su basdı-VİDEO

3 avqust 2025 , 14:02
İranda kimya zavodunda yanğın-VİDEO

İranda kimya zavodunda yanğın-VİDEO

3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var

3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

"Krokus Siti Holl"da 70 nəfər belə ölüb

3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ  baş verdi

ABŞ-da zəlzələ baş verdi

3 avqust 2025 , 07:50