Bakıda küçədə meyit tapılıb.
Lent.az-ın xəbərinə görə, hadisə Pirallahı rayonu, Fioletov küçəsində baş verib.
Oktyabrın 24-də itkin düşən paytaxt sakini, 72 yaşlı Ramis Əliyevin meyiti küçədə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır.