Rusiyanın Nijni Novqorod teatrının aktrisası Sofya Şelmenkina meşədə azaraq həyatını itirib.
Lent.az yerli mediaya istinadla bildirir ki, vida mərasimi bu gün, avqustun 19-da keçirilib. Sofya Şelmenkina yaradıcılıq yoluna Stavropol Kukla Teatrında başlayıb, daha sonra isə Qorki (indiki Nijni Novqorod) teatrında davam etdirib.
53 illik sənət fəaliyyətində o, uşaqlar üçün səhnələşdirilən klassik tamaşalarda 40-dan çox obraz yaradıb. Bunların arasında “Alenkiy tsvetochek” (Qırmızı çiçək), “Ələddinin sehrli lampası”, “Payız nağılı” və bir çox başqa əsərlər var.