Ana yaş yarımlıq körpəsini   zibil dolu evdə saxladı
28 mart 2023 12:25 (UTC +04:00)

Ana yaş yarımlıq körpəsini zibil dolu evdə saxladı

Türkiyənin Konya şəhərində Fatma G. adlı qadın yaş yarımlıq uşağını 2 həftə ərzində zibillə dolu evdə saxlayıb. 

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Manolya yaşayış binasında qeydə alınıb. Axşam saat 23:30-də bina sakinləri Fatma G.nın kirayə qaldığı evdən uşağın səsini eşidiblər. Sonra qonşular və ev sahibi boş olan mənzildən terrasa çıxıblar. 

Evə daxil olan bina sakinləri gördükləri mənzərə qarşısında şoka düşüblər. Asel adlı balaca uşaq halsız halda yataq otağında, hər tərəfin zibillə dolu olduğu yerdə tapılıb. 

Uşağa su və yemək verən qonşular dərhal polisi çağırıb və uşaq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin yaxşı olduğu bildirilir. 

Polisin saxladığı Fatma G. ifadəsi alınaraq sərbəst buraxılıb. Amma davam edən istintaq müddəti əsasında onun törətdiyi əmələ görə 1 ilə qədər azadlıqdan məhrum olunması gözlənilir. 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1693

Oxşar yazılar

Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk-ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36
"Panasonic" 5 min işçisini ixtisar edir

"Panasonic" 5 min işçisini ixtisar edir

11 may 2025 , 02:45
İstanbulda  QƏZA:  50-yə yaxın yaralı var

İstanbulda QƏZA: 50-yə yaxın yaralı var

11 may 2025 , 00:24
Pakistan və Hindistan atəşkəsə   razı oldu

Pakistan və Hindistan atəşkəsə razı oldu

10 may 2025 , 16:27
Hərbi Dəniz Qüvvələrinin rəisi arvadına görə İSTEFA VERDİ

Hərbi Dəniz Qüvvələrinin rəisi arvadına görə İSTEFA VERDİ

10 may 2025 , 15:06