Ayın tədqiqi üçün robotlar mağarada  sınaqdan keçirildi
19 avqust 2025 04:54 (UTC +04:00)

Ayın tədqiqi üçün robotlar mağarada sınaqdan keçirildi

Avropalı mühəndislər İspaniyanın Lanzarote adasındakı lava mağarasında gələcəkdə Ayın səthində lava borularını tədqiq etmək üçün istifadə olunacaq üç robotu sınaqdan keçiriblər.

Lent.az xəbər verir ki, bu barədə Almaniya Süni İntellekt Mərkəzinin (DFKI) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, layihə Aydakı çıxıntıların mərhələli şəkildə araşdırılmasına, lava boruları şəbəkələrinə çıxışın açılmasına imkan verəcək alətlər yaratmağı nəzərdə tutur.

Sınaqların nəticələri yalnız robotların köməyi ilə Ay mağaralarının kəşfiyyatının praktik mümkünlüyünü təsdiqləmir, həm də bir neçə qarşılıqlı əlaqədə olan robotun birləşməsindən istifadənin mümkünlüyünü nümayiş etdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178

Oxşar yazılar