BMT-nin helikopteri atəşə tutuldu, bir sülhməramlı öldü
05 fevral 2023 21:50 (UTC +04:00)

BMT-nin helikopteri atəşə tutuldu, bir sülhməramlı öldü

0

Bazar günü naməlum silahlı şəxslər Konqo Demokratik Respublikasının DCR) şərqində Birləşmiş Millətlər Təşkilatının Konqo Sabitləşdirmə Missiyasının (MONUSCO) helikopterini atəşə tutub, bir sülhməramlı ölüb.

Lent.az-ın məlumatına görə, bu barədə “Frans Press” agentliyi missiya nümayəndəsinə istinadən məlumat yayıb.
Helikopter yerli vaxtla saat 15:00 radələrində (Bakı vaxtı ilə 17:00) Konqonun Şimali Kivu əyalətinin paytaxtı Qoma şəhərinə uçarkən vurulub.

“France-Presse”in məlumatına görə, ölən sülhməramlı Cənubi Afrika vətəndaşı olub. Daha bir nəfər xəsarət alıb, onun vəziyyəti məlum deyil.

BMT missiyasının helikopterini kimin vurduğu məlum deyil.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2215

Oxşar yazılar