Qazaxıstan hakimiyyəti niqab və üzü örtən digər geyimlərin taxılmasının qadağan edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu qərar ictimai təhlükəsizliyin təmin edilməsi ilə izah edilib.
Qanuna edilən dəyişikliyin məqsədinin də vətəndaşların hüquq və azadlıqlarına, o cümlədən dini etiqad azadlığına toxunulmadan şəxslərin müəyyən edilməsi, həmçinin ictimai asayişin təmin edilməsi olduğu bildirilib.
Lakin əlverişsiz hava şəraitində, tibbi göstərişlərə görə, əgər bunlar hüquq-mühafizə orqanlarının əməkdaşları, habelə idman və mədəni-kütləvi tədbirlərin iştirakçılarıdırsa, üzün örtülməsi qadağan edilmir.
Üzü örtməyən hicab və ya şila kimi dini geyim elementləri yeni qanunla əhatə olunmur.
İyunun sonunda Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev sifətin tanınmasına mane olan geyimlərin, xüsusən də hicabın geyinilməsini qadağan edən qanun imzalayıb.