Qonşularının evini  qarət edib, əşyaları satdılar
14 avqust 2026 11:39 (UTC +04:00)

Qonşularının evini qarət edib, əşyaları satdılar

0

Bakının Sabunçu rayonunda ev qarət olunub.

Lent.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətə görə məhkum olunmuş F.Ağayev və E.Qəhrəmanov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər qonşuluqda yaşayan sakinin evinə daxil olaraq oradan 8800 manat dəyərində kombi, su mühərriki və digər məişət əşyalarını oğurlayıb, daha sonra isə satıblar.

Fakt üzrə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar