Bu ölkədə  güclü zəlzələ   oldu
30 yanvar 2023 05:20 (UTC +04:00)

Bu ölkədə güclü zəlzələ oldu

Çində zəlzələ baş verib.

Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Sincan-Uyğur Muxtar Bölgəsində baş verən zəlzələ 6,1 bal gücündə qeydə alınıb.

Zəlzələnin episentri 260 min insanın yaşadığı Aral şəhərindən 106 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanlar yerin 33 kilometr dərinliyində olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

# 1770
avatar

Oxşar yazılar