“Moon Kids” bağçasının direktoruna HÖKM OXUNDU  – 428 min manatlıq iş
16 sentyabr 2026 11:20 (UTC +04:00)

“Moon Kids” bağçasının direktoruna HÖKM OXUNDU – 428 min manatlıq iş

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmənin hökmü ilə Havvaxanım Rüstəmova 3 il müddətinə dövlət qulluğunda vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onun cəzası 3 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.

Qeyd edək ki, bundan əvvəl dövlət ittihamçısı Havvaxanım Rüstəmovanın 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Cinayət işi üzrə zərərçəkmiş şəxslərə ümumilikdə 428 min manat maddi ziyan vurulduğu müəyyən edilib. Təqsirləndirilən şəxs həmin məbləğin 385 min manatını ödəyib. Eyni zamanda, zərərçəkmiş şəxslərdən bir neçəsi ilə barışıq əldə olunub.

İş üzrə Dövlət Sosial Müdafiə Fondu da zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətində yol verildiyi iddia olunan qanunsuzluqlarla bağlı Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb.

İstintaq zamanı MMC-nin direktoru Havvaxanım İmamət qızı Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Onun barəsində əvvəlcə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sonradan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

“Moon Kids” uşaq bağçasının fəaliyyəti dayandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 200

Oxşar yazılar