Mbappe PSJ-yə 60 min avro  ödəyəcək - Məhkəmə QƏRARI
16 sentyabr 2026 10:06 (UTC +04:00)

Mbappe PSJ-yə 60 min avro ödəyəcək - Məhkəmə QƏRARI

0

Paris Apellyasiya Məhkəməsi Madridin “Real” klubunun hücumçusu Kilian Mbappenin PSJ futbol klubuna 60 min avro ödəməsi barədə qərar çıxarıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, sözügedən məbləğ 2025-ci ildə Fransa klubunun bank hesablarının bloklanmasına görə kompensasiya kimi ödəniləcək.

Xatırladaq ki, 2024-cü ilin avqustunda “Real”a transferindən sonra futbolçu PSJ-yə qarşı 60 milyon avro məbləğində iddia qaldırıb. Mbappenin sözlərinə görə, PSJ ona çatmalı olan bonus və mükafatları ödəməyib. 2025-ci ilin yazında iş əmək məhkəməsində araşdırılıb.

Məhkəmə çəkişməsi fonunda hücumçunun vəkilləri Paris klubunun bank hesablarına təminat tədbiri kimi həbs qoyulmasına nail olublar. May ayında PSJ-nin müraciətindən sonra bu tədbir ləğv edilib.

Lakin artıq dekabrda əmək məhkəməsi klubdan futbolçunun xeyrinə təxminən 61 milyon avro tutulması barədə qərar çıxarıb.

Mbappe 2024-cü ildən “Real”ın formasını geyinir. O, 2026/2027 mövsümündə bütün turnirlər üzrə yeddi oyunda iştirak edib, səkkiz qol vurub və iki məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 194

Oxşar yazılar