İlk dərsdə elektron qəlyan  çəkən şagirdlərlə bağlı polis tədbir gördü - YENİLƏNİB
16 sentyabr 2026 10:52 (UTC +04:00)

İlk dərsdə elektron qəlyan çəkən şagirdlərlə bağlı polis tədbir gördü - YENİLƏNİB

0

Bakıda ilk dərs günü canlı yayım açıb elektron siqaret çəkən şagirdlərlə bağlı tədbir görülüb.

Bu barədə Lent.az-a DİN mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli məlumat verib.

Onun sözlərinə görə, məsələ ilə bağlı məktəb rəhbərliyi və şagirdlərin valideynləri məlumatlandırılıb:

"Şagirdlərlə polis əməkdaşları profilaktik söhbətlər aparıblar. Onlara bu kimi halların yolverilməz olduğu izah edilib və gələcəkdə təkrarlandığı təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq olunub".

***
15 sentyabr, saat: 17:48

264 nömrəli tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdlərindən bir neçəsinin sinif otağında uyğun olmayan davranışları ilə bağlı araşdırma aparılır. 

Bu barədə BŞTİ-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunan şagirdlərlə məktəb rəhbərliyi, sinif rəhbəri və psixoloqun iştirakı ilə görüş keçirilib. Məktəbdə şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi gücləndirilib. 

Şagirdlərin valideynləri də məktəbə dəvət edilib, onlara məktəblə əməkdaşlıq çərçivəsində övladlarının davranışına diqqətin artırılması yönündə müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, məktəblərdə səmərəli təlim mühitinin təmin olunması və şagird davranış qaydalarına diqqətin artırılması, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işinin genişləndirilməsi əsas prioritetlərdəndir. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır.

***

14:34

Yeni tədris ilinin ilk günündə Azərbaycan məktəbində çəkilən görüntülər ciddi narahatlıq yaradıb.

Lent.az oxu.az-a istinadən xəbər verir ki, məktəbli formasındakı şagirdlərin sinif otağında elektron siqaretdən istifadə etdiyi məlum olub.

Videoda qız şagirdin uzun, manikurlu dırnaqları da diqqət çəkib. O, eyni zamanda, dərs otağında sosial şəbəkədə canlı yayım açıb.

Xüsusilə diqqətçəkən məqam isə bu görüntülərin tədris ilinin ilk dərs günündə, məktəb daxilində çəkilməsidir.

Məktəbdə şagirdlərin elektron siqaretdən istifadə etməsi və bunun sosial şəbəkədə canlı yayımlanması təhlükəli hal olmaqla yanaşı, təhsil müəssisəsində nəzarət məsələsini də gündəmə gətirib.

Görüntülərin Bakıdakı 138 saylı məktəbdə çəkildiyini uşaqlar özləri etiraf ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2254

Oxşar yazılar