ABŞ Prezidenti Donald Trampın Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanı ilhaq etməkdəki israrlı mövqeyi yeni bir ölçü qazanıb.
Lent.az xəbər verir ki, Reuters-in dörd fərqli mənbəyə əsaslanan xəbərinə görə, Ağ Evin planları açıqlanıb.
Ağ Ev müşavirləri Qrenlandiyalılara adambaşına 10.000 dollardan 100.000 dollara qədər birdəfəlik ödənişlər etməyi müzakirə edirlər.
Qrenlandiyanın təxminən 57.000 əhalisi nəzərə alınmaqla, hər vətəndaşa 100.000 dollar ödəmək təxminən 6 milyard dollar xərc demək olardı.
ABŞ Prezidenti Donald Trampın adanı almaq və ya nəzarəti ələ keçirmək üçün uzun müddətdir davam edən istəyi bu birbaşa ödəniş planı ilə "kommersiya təklifi" səviyyəsinə qaldırılıb.
Prezident Tramp zəngin mineral yataqları və Arktikadakı strateji mövqeyinə görə Qrenlandiyanın ABŞ-ın milli təhlükəsizliyi üçün əvəzolunmaz olduğunu bildirib.
Qrenlandiyalılara bu təklifin edilib-edilməyəcəyi isə hələlik bilinmir.