Dünyaca məşhur dizayner VƏFAT ETDİ
09 avqust 2022 15:07 (UTC +04:00)

Dünyaca məşhur dizayner VƏFAT ETDİ

Dizaynları və qoxuları ilə moda dünyasında önəmli yer tutan yapon dizayner Issey Miyake dünyasını dəyişib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, qaraciyər xərçəngi ilə mübarizə apardığı bildirilən dizayner 84 yaşında dünyasını dəyişib.

1971-ci ildə öz brendini öz adı ilə quran Miyake, irəliyə doğru düşünən və yenilikçi dizaynları ilə seçilirdi. Dizaynerin ən məşhur məhsulu "The L'eau d'Issey" adlı ətri idi.

50 illik karyerası boyunca eksperimental addımları və müasir texnikalar inkişaf etdirməsi ilə tanınan dizayner, həmçinin Stiv Cobsun ikonik tısbağalı sviterinin dizaynına da sahibdir. Jobs müsahibəsinin birində Miyakenin imzası olan 100-dən çox qara sviterinə sahibi olduğunu söyləyib.

# 1596
avatar

Fidan İlqar

Oxşar yazılar