Bakıda kirayə evlərin qiymətində KƏSKİN ARTIM  - "Hələ də bahalaşacaq"
05 oktyabr 2026 15:23 (UTC +04:00)

Bakıda kirayə evlərin qiymətində KƏSKİN ARTIM - "Hələ də bahalaşacaq"

0

Kirayə mənzil bazarında hər il yay aylarında yüksək qiymət artımı olur. Mütəxəssislər bunun əsas səbəblərindən birini tələbələrin paytaxta gəlişi ilə əlaqələndirirlər. Lakin bu artımlar payıza doğru azalır və evlər daha münasib qiymətə təklif olunur.

Bəs görəsən, bu il vəziyyət nə yerdədir? Oktyabr ayında kirayə evlərin qiymətində enmə varmı? Bu il, ümumilikdə kirayə mənzillərin qiymətində neçə faiz artım olub?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri (AQC), iqtisadçı Vüqar Oruc Lent.az-a açıqlamasındas bildirib ki, hər il oktyabrda kirayə evlərin qiyməti ensə də, bu il artım davam edir:

Vüqar Oruc yenidən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri seçilib

“Adətən oktyabrın əvvəlləri kirayə ev bazarının qiymətlərində müəyyən durğunluq yaranırdı. Tələbələrin ev axtarma dövrü bitəndən sonra hər il bu vaxtlarda ev qiymətlərində ucuzlaşmalar baş verirdi. Lakin indi həmin mənzərəni görmək olmur, kirayə bazarında hələ də obyektlərin sayı məhduddur, qiymətlər yüksəkdir. Mərkəzi Bankın məlumatına görə, ötən illə müqayisədə təxminən 7-8 faiz qiymətlər artıb.

Əlli mindən çox abituriyentin tələbə adını qazandıqdan sonra onların böyük hissəsi təhsil almaq üçün paytaxta gələrək kirayə mənzil bazarına müraciət edib. Biz proqnozlaşdırmışdıq ki, bu il yerindən asılı olaraq, 12-15 faiz arası qiymət artımı baş verəcək. Əslində elə də oldu. Kirayə bazarında artım hələ də yekunlaşmayıb.

12 faiz artım olan ərazilər təhsil müəssisələrinə yaxın olmayan yerlərdir. 15 faiz artım olan ərazilər isə təhsil müəssisələrinin yaxınlığında, nəqliyyat əlçatanlığı yüksək səviyyədə olan yerlərdir.

Kirayə evlərin qiymətində artım hələ də davam edəcək. Burada birinci amil bazarda kirayə evlərin sayının artmaması, həmçinin, kirayə bazarına müraciətlərin sayında hərhansısa azalmanın olmamasıdır.  

İkinci səbəb Bakıya təkcə tələbələrin yox, həm də iş üçün rayondan gələnlərin olması ilə bağlıdır. İş üçün paytaxta üz tutanlar da kirayə evlərdə yaşayırlar.  Lakin onu da qeyd edim ki, hazırkı dövrdə qiymətlər avqust-sentyabr aylarındakı kimi yüksək olmayacaq, hətta 1 faizdən belə, aşağı olacaq”.

İqtisadçının sözlərinə görə bu il “Səbail”, “Nəsimi”, “Nərimanov”, “Yasamal” və “Xətai” rayonlarının ətrafında və həmin rayonlarda yerləşən metrostansiyalarının yaxınlığında daha çox bahalaşma olub:

“Digər ərazilərdə - təhsil müəssisələrinə yaxınlığı və nəqliyyat əlçatanlığı baxımından o qədər də fərqlənməyən yerlərdə daha aşağı faizdə qiymətlərdə artım olub. “Nizami” və “28 May” metro stansiyası ətrafında əvvəllər nəqliyyat əlçatanlığı baxımından qiymətlər çox yüksəlirdi. Bu il isə artım orta tempdə oldu.

Hər iki metronun hərəkətində məhdudiyyətlər yarandığına görə orada təminən 6-7, bəzi yerlərdə 8 faiz qiymət artımına məruz qalıb.

Bu isə onu göstərir ki, metrostansiyalarının yaxınlığında, nəqliyyat əlçatanlığı olan yerlərdə, təhsil müəssisələrinə birbaşa yaxınlığı olan ərazilərdə və nəqliyyat əlçatanlığının mövcud olduğu yerlərdə qiymət artımı təbiidir, davamlıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 402

Oxşar yazılar