Dünyanın ən qədim ağacı - 4000 yaşı var
13 yanvar 2026 17:40 (UTC +04:00)

Dünyanın ən qədim ağacı - 4000 yaşı var

0

Yunanistanda yerləşən qədim Vuve zeytun ağacı dünyanın ən yaşlı ağaclarından biri hesab olunur. Mütəxəssislərin məlumatına görə, onun yaşı 3000 ildən çox ola bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Qərbi Kritdəki bu ağacın gövdəsinin çevrəsi 12,5 metrə, diametri isə 4,6 metrə çatır. Nəhəng və mürəkkəb görünüşünə baxmayaraq, ağacın quruluşu dəyişməyə davam edir: gövdənin mərkəzi hissəsi (özəyi) yüzillər əvvəl çürüyüb. Lakin mərkəz dağıldıqca ağac kənardan yeni oduncaq qatları əmələ gətirir. Bu da onun forma və ölçülərinin daim dəyişməsinə səbəb olur.

Ağacın dəqiq yaşını müəyyən etmək mümkün deyil, çünki özəyin itməsi buna mane olur. İllik halqaların analizi ağacın ən azı 3000 yaşında olduğunu təsdiqləyir. Krit Universitetinin alimləri isə onun yaşını təxminən 4000 il hesab edirlər. Mütəxəssislər bildirirlər ki, hazırda zeytun ağaclarının yaşını dəqiq müəyyənləşdirən tam elmi metod yoxdur, buna görə də bu ağacın yaşı hələ də elmi qiymətləndirmə mövzusudur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar