Dünyanın ən təhlükəli   ayısı 8 yaşlı uşağı parçaladı
14 avqust 2025 12:45 (UTC +04:00)

Dünyanın ən təhlükəli ayısı 8 yaşlı uşağı parçaladı

Hindistanın Anamalai pələng qoruğunda ayı 8 yaşlı uşağa hücum edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, qurban Assamdan olan miqrantların oğlu, müvəqqəti olaraq qohumlarının yanında, işçi qəsəbəsində yaşayan S. Nur İslam olub. O, süd almaq üçün mağazaya gedib, lakin yoxa çıxıb. Təxminən 45 dəqiqə sonra isə onun cəsədi evdən 500 metr aralıda, kolların içində, pəncə izləri ilə aşkar edilib.

Əvvəl uşağın leopard tərəfindən parçalandığı düşünülüb. Lakin ekspertiza bunun tənbəl ayı olduğunu təsdiqləyib. Tənbəl ayı – insanlara tez-tez hücum etməsi ilə tanınan ən aqressiv ayı növlərindən biridir.

Bu, iki ay ərzində qoruqda ikinci uşaq ölümdür: iyun ayında leopard 4 yaşlı qızı parçalayıb.

Yerli hakimiyyət orqanları sakinlərlə maarifləndirici söhbətlər apararaq, vəhşi heyvanlarla təmasın minimuma endirilməsi üçün kolların təmizlənməsinə və infrastrukturun yaxşılaşdırılmasına çağırırlar. Lakin hücumların sayının artması həm ekoloqlar, həm də yerli əhali arasında narahatlıq doğurur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar