Dünyanın gedişatı dəyişir - ABŞ bu təşkilatları tərk etdi
08 yanvar 2026 02:49 (UTC +04:00)

Dünyanın gedişatı dəyişir - ABŞ bu təşkilatları tərk etdi

0

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının (BMT) 31 qurumu da daxil olmaqla ümumilikdə 66 beynəlxalq təşkilatın maliyyələşdirilməsini və həmin qurumlarda iştirakını dayandıran sənəd imzalayıb.

Lent.az xəbər verir ki, bu barədə bəyanat Ağ Evin saytında yerləşdirilib.

"Bu təşkilatların çoxu ABŞ suverenliyinə və iqtisadi gücünə zidd olan radikal iqlim siyasətlərini, qlobal idarəetməni və ideoloji gündəmləri təbliğ edir", - sənəddə deyilir.

Qeyd edək ki, Donald Trampın ikinci prezidentlik dövrünün əvvəlindən bəri ABŞ artıq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Paris İqlim Sazişi, BMT İnsan Hüquqları Şurası və Yaxın Şərqdə Fələstin Qaçqınları üçün BMT Yardım və İş Agentliyi (UNRWA) kimi qurumlardan çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5086

Oxşar yazılar