ABŞ-da qadın ərini öldürən gənci məhkəmə zalında qucaqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Corciya ştatında baş verib.
24 yaşlı Jozep Tillman sərxoş halda velosipedlə Çarlz Consonu vurub. Nəticədə xəstəxanaya aparılan kişi dünyasını dəyişib. Hadisə yerindən qaçan Tillman sonradan günahını etiraf edib və məhkəmə ona 20 il həbs cəzası verib.
Lakin proses zamanı gözlənilməz hadisə yaşanıb. Çarlz Consonun 50 illik arvadı Reqina Conson Tillmanı qucaqlayıb və onu bağışladığını deyib. Qadın bunu Tillmanın bağışlanmağa və şəfqətə ehtiyacı olduğu üçün etdiyini bildirib.
Hakim də əvvəllər belə bir hadisə ilə rastlaşmadığını dilə gətirib.
Çarlz Conson