Güllə yarası alan erməni hərbçi Vahan Petrosyanın cəsədi hərbi hissədə tapılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə yanvarın 14-də saat 9:50-də baş verib. Hadisənin bütün hallarının müəyyənləşdirilməsi üçün araşdırma aparılır.