Tanınmış futbolçu 20 yaşlı qızının açıq-saçıq fotolarından danışdı
29 may 2023 23:55 (UTC +04:00)

Tanınmış futbolçu 20 yaşlı qızının açıq-saçıq fotolarından danışdı

Rusiya millisinin və Sankt-Peterburq "Zenit"inin sabiq qapıçısı Vyaçeslav Malafeyevin qızı Kseniya Malafeyeva açıq-saçıq fotoları barədə danışıb.

Lent.az xəbər verir ki, o, bu barədə "StarHit"ə müsahibə verib.

Futbolçunun 20 yaşlı qızı Dubaya köçüb və mütəmadi olaraq yarıçılpaq foto və videolar paylaşır. Ona mütəmadi olaraq şərhlərdə suallar verilir, bu cür məzmunlu paylaşımları dayandırması xahiş olunur.
“Mən bədənimdən utanmıram, bu cür videolar yerləşdirə bilirəm. Kimin nə dediyi məni maraqlandırmır", - deyə Kseniya Malafeeva bildirib.

Kseniya və qardaşı Maksim Vyaçeslav Malafeyevin Marina Bezborodova ilə ilk evliliyindən dünyaya gəlib. Bezborodova 2011-ci ilin martında avtomobil qəzasında ölüb. Vyaçeslav Malafeyev 2012-ci ilin dekabrında idmançı Yekaterina Komyakova ilə evlənib. 

Kseniya qalmaqallı xarakteri ilə tanınır. O, əvvəllər ailədən ayrıldığını açıqlamışdı. 2020-ci ilin mart ayında isə narkotik satarkən tutulub. 2021-ci ilin fevral ayında Kseniya narkomaniyadan xilas olmaq üçün reabilitasiya mərkəzinə yerləşdirilib.
Bir müddət əvvəl Kseniyanın Rusiyada yaşamaq istəmədiyini etiraf etdiyi bildirilirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4106

Oxşar yazılar

Bu ölkədə varlılar üçün  vergilər artır

Bu ölkədə varlılar üçün vergilər artır

9 may 2025 , 11:51
Kürdüstan Fəhlə Partiyası və PKK ləğv olur

Kürdüstan Fəhlə Partiyası və PKK ləğv olur

9 may 2025 , 11:33
Konsert zamanı səhnə uçdu, yaralılar var

Konsert zamanı səhnə uçdu, yaralılar var

9 may 2025 , 09:28
Müdafiə naziri əmr imzaladı - Bu şəxslər ordudan qovulacaq

Müdafiə naziri əmr imzaladı - Bu şəxslər ordudan qovulacaq

9 may 2025 , 08:25
ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

ABŞ-ın 28 ən böyük şəhəri batmaq üzrədir - ARAŞDIRMA

9 may 2025 , 03:27
İranda xanım teleaparıcı öldürüldü 

İranda xanım teleaparıcı öldürüldü 

8 may 2025 , 23:50
Yeni Papanın kimliyi məlum oldu - VİDEO  - YENİLƏNİB

Yeni Papanın kimliyi məlum oldu - VİDEO - YENİLƏNİB

8 may 2025 , 21:26
Rusiya Ukraynada müharibəni DAYANDIRDI

Rusiya Ukraynada müharibəni DAYANDIRDI

8 may 2025 , 14:55