Günəşdə güclü partlayış baş verdi
03 aprel 2026 02:44 (UTC +04:00)

Günəşdə güclü partlayış baş verdi

0

Aprelin 2-də axşam saatlarında Günəşdə çox güclü partlayış qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Günəşdə partlayış Bakı vaxtı ilə 22:15-də qeydə alınıb. M3.5 sinifli partlayış 69 dəqiqə davam edib.

Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Partlayışlar Günəş plazmasının atılması ilə müşayiət oluna bilər və bu buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar