"Yuxarı Lars" sərhəd-keçid məntəqəsi bütün növ nəqliyyat vasitələri üçün müvəqqəti olaraq bağlanıb.
Lent.az xəbər verir ki, bu barədə Şimali Osetiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Gürcüstanın avtomobil yolları departamentinin bildirdiyinə görə, bu qərara səbəb "Kazbeqi" nəzarət-buraxılış məntəqəsi yaxınlığında baş verən torpaq sürüşməsi olub.
Rusiya-Gürcüstan sərhəd yolunda kilometrlərlə uzanan növbələr yaranıb.
Quru sərhədində baş verən torpaq sürüşməsi ilə əlaqədar "Dariali" və "Yuxarı Lars" keçid məntəqələrinin təxliyəsi elan olunub.
Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo "Telegram" kanalında dövlət sərhədini keçməyi planlaşdıran və ya keçid məntəqəsində gözləyən hər kəsdən müvəqqəti məhdudiyyətlərə anlayışla yanaşmağı xahiş edib.