İranda etirazlara görə ilk ölüm hökmü 
12 yanvar 2026 15:40 (UTC +04:00)

İranda etirazlara görə ilk ölüm hökmü 

0

İran hakimiyyəti Kərəc şəhərində keçirilən etirazlar zamanı saxlanılan 26 yaşlı etirazçıya ölüm hökmü çıxarıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, sözügedən şəxs Kərəc yaxınlığındakı Fərdisdə küçə etirazları zamanı saxlanılan 26 yaşlı Erfan Soltanidir. 

Mənbələrə görə, gənc oğlana məhkəmənin ona ölüm hökmü çıxarması qərarı rəsmi olaraq bildirilib.

Bildirilir ki, edamdan əvvəl İran hakimiyyəti Soltaninin ailəsinə qısa görüş icazəsi verib. Bu görüş bu həftənin çərşənbə gününə planlaşdırılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 536

Oxşar yazılar