Samvel Karapetyan
02 iyul 2025 11:49 (UTC +04:00)

Samvel Karapetyan

İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər

İrəvanda "Taşir" şirkətinin ofisində Cinayət Məcəlləsi çərçivəsində “təcili əməliyyat tədbirləri” keçirilir.

Lent.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə, biznesmen Samvel Karapetyan həbs edilib.

Məlumata görə, “təcili əməliyyat tədbirləri” Samvel Karapetyanla bağlı cinayət işi çərçivəsində həyata keçirilib.

Təhlükəsizlik qüvvələri hazırda həbs olunan iş adamı Samvel Karapetyanın "Taşir" şirkətinin mərkəzi ofisində axtarış aparmağa başlayıb.

Qeyd edək ki, Ermənistan Polisi “Taşir” Şirkətlər Qrupunun rəhbəri, rusiyalı biznesmen Samvel Karapetyanın evində də axtarışlara başlayıb. Hər şey iş adamı Erməni Apostol Kilsəsinin müdafiəsinə qalxdıqdan sonra başlayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan da yaşananlara sosial şəbəkə hesabında münasibət bildirib:

“Bura sizin üçün Kaluqanın Nijniy Tapr kəndi yox, Ermənistandır. Ümid edirəm ki, dövlətin dadı damağınızda qalacaq”.

Məhkəmə Samvel Karapetyanın barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1370

Oxşar yazılar