İspaniyada qatarlar relsdən çıxdı: 39 nəfər öldü  -  YENİLƏNİB
19 yanvar 2026 10:41 (UTC +04:00)

İspaniyada qatarlar relsdən çıxdı: 39 nəfər öldü - YENİLƏNİB

0

İspaniyada qatarların relsdən çıxması nəticəsində ölənlərin sayı 39-a çatıb.

Lent.az xəbər verir ki, bu barədə EFE xəbər agentliyi məlumat yayıb.

Qatarda 317 sərnişin olub.

***

03:43

İspaniyada sürətli qatarların relsdən çıxması nəticəsində ölənlərin sayı 21-ə yüksəlib.

Lent.az "Reuters"ə istinadən xəbər verir ki, 100 nəfər xəsarət alıb, onlardan 25-nin vəziyyəti ağırdır.

Qəzanın başvermə səbəbləri araşdırılır.

***
01:37

İspaniyada iki sürət qatarının relsdən çıxması nəticəsində ən azı beş nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə EFE xəbər agentliyi məlumat yayıb.

Hadisə Andalusiya muxtar icmasında baş verib. Qəzanın səbəbi hələlik məlum deyil.

Madrid-Andalusiya xəttində sürətli qatar xidməti müvəqqəti olaraq dayandırılıb. Dəmir yolu operatoru hadisənin nəticələrini açıqlamadan təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1122

Oxşar yazılar