"Kainat gözəli" müsabiqəsinin iştirakçısı marala görə qəzada öldü
14 avqust 2025 17:08 (UTC +04:00)

"Kainat gözəli" müsabiqəsinin iştirakçısı marala görə qəzada öldü

“Miss Rusiya” və “Miss Kainat” müsabiqələrinin iştirakçısı Kseniya Aleksandrova Tver vilayətində yola çıxan marala görə baş verən qəzada həyatını itirib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, qəza iyul ayında baş versə də, hadisə barədə məlumat yalnız indi ictimaiyyətə açıqlanıb. Həkimlərin səylərinə baxmayaraq, 30 yaşlı gözəl bir neçə həftə həyat uğrunda mübarizədən sonra 12 avqustda dünyasını dəyişib.

Kseniya təkcə model kimi deyil, həm də peşəkar psixoloq kimi tanınırdı — o, 2021-ci ildə Moskva Pedaqoji Dövlət Universitetini “Praktik psixologiya” ixtisası üzrə bitirib və psixodrama terapevti kimi çalışıb. Bu ilin mart ayında ailə qurub və sosial şəbəkələrdə həyatının xoşbəxt anlarını, səyahət kadrlarını və peşəsi ilə bağlı düşüncələrini bölüşürdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar