Artıq kənddə tək deyilik
12 dekabr 2020 11:16 (UTC +04:00)

Artıq kənddə tək deyilik

Koronavirusdan qorunmaq üçün kəndlərinə sığındılar

0

Pandemiya Türkiyənin Bursa vilayətinin ucqar kəndlərindən birinin "üzünü güldürüb".
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Bursanın Xırmancıq rayonunun ucqar Qocapınar kəndində koronavirus pandemiyasından əvvəl cəmi 4 nəfər yaşayıb.

Pandemiyadan sonra isə özlərini xəstəlikdən qorumaq istəyən sakinlər doğma kəndlərinə qayıtmağa başlayıb.

Hazırda kənddə yaşayanların sayı 39-a çatıb.

Belə ki, Bursanın mərkəzinə 110 km uzaqlıqda yerləşən dağ kəndində mart ayına qədər sadəcə kəndin muxtarı və imamı ilə onların həyat yoldaşları yaşayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2277

Oxşar yazılar