Kuril adaları yaxınlığında 5,3 maqnitudalı zəlzələ qeydə alınıb.
Lent.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin filialından məlumat verilib.
Bildirilir ki, yeraltı təkanlar Saxalin vilayətinin Şimal-Kurilsk şəhərinin sakinləri tərəfindən də hiss olunub. Zəlzələnin episentri Şimal-Kurilskdən 113 km cənub-şərqdə yerləşib. Şəhərdə təkanların gücü 3 bala qədər qiymətləndirilib.