Nikolas Maduro Nyu-Yorkda keçirilən məhkəmə iclasında hələ də "Venesuelanın prezidenti" olduğunu bildirib.
Lent.az xəbər verir ki, bu barədə “The New York Times“ qəzeti məlumat yayıb.
"Mən layiqli insanam və hələ də ölkəmin prezidentiyəm", deyən Maduro iki gün əvvəl özü və həyat yoldaşının ABŞ hərbçiləri tərəfindən "qaçırıldığını" bildirib.
Maduro və həyat yoldaşı narkotik qaçaqmalçılığı və digər cinayətlər də daxil olmaqla onlara qarşı irəli sürülən ittihamlarda özlərini təqsirli bilməyiblər.
Maduro özünü "mən günahsızam" cümləsi ilə müdafiə edib.