Materikin ən böyük vulkanı püskürəndən sonra daha da böyüdü
14 avqust 2025 14:28 (UTC +04:00)

Materikin ən böyük vulkanı püskürəndən sonra daha da böyüdü

Avrasiya materikindəki ən hündür fəaliyyət göstərən vulkan olan Klüçevskaya Sopka, son püskürmədən sonra daha da hündürləşib.

Lent.az xarici mediaya istinadla bildirir ki, ancaq vulkanın nə qədər hündürləşdiyi hələlik məlum deyil. Əvvəllər onun hündürlüyü 4688–4750 metr arasında dəyişib.

Vulkan püskürməsi 30 iyulda başlayıb. Qərb yamacı boyunca qızmış lava axını, vulkan üzərində güclü işıqlanma və partlayışlar müşahidə olunub.

Səbəb isə Kamçatkada 8,8 maqnitudalı zəlzələ olub. Təxminən iki həftə sonra Klüçevskoy vulkanı il ərzində ikinci dəfə püskürərək havaya 10 kilometr hündürlüyündə kül sütunu atıb.

Hazırda püskürmə başa çatıb, lakin maqmanın çökməsi səbəbindən kiçik püskürmələrin baş verməsi mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288

Oxşar yazılar