Moskvaya 56 ilin  ən şiddətli qarı yağdı
11 yanvar 2026 00:43 (UTC +04:00)

Moskvaya 56 ilin ən şiddətli qarı yağdı

0

Yanvarın 9-da Rusiyanın paytaxtı Moskvaya yağan qar son 56 ilin ən güclü qar yağıntısı olub.

Lent.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets məlumat verib.

O bildirib ki, şəhərdə 22 mm yağıntı qeydə alınıb ki, bununla da 1970-ci ilin rekordu qırılıb.

Məlumata görə, bu göstərici ortaaylıq rəqəmin 42%-ni təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1303

Oxşar yazılar