İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir İsrail ordusunun böyük bir kadr böhranı ilə üzləşdiyini deyib.
Lent.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Zamir təhlükəsizlik kabinetinin iclasında nazirlərə xəbərdarlıq edib.
"Daha çox kadr və əsgərə ehtiyacımız var; həll yolu tapılmasa, ordu daxildən çökəcək", - deyə etiraf edən Zamir bir neçə cəbhədə müharibə aparan İsrail ordusunun ağır vəziyyətdə olduğu bildirib.