"Paramount" şirkəti "Warner Bros"u məhkəməyə verib
13 yanvar 2026 03:36 (UTC +04:00)

"Paramount" şirkəti "Warner Bros"u məhkəməyə verib

0

Paramount Skydance (PS) ABŞ-ın iri media holdinqi Warner Bros. Discovery-nin direktorlar şurasına öz namizədlərini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.

Nəşrin yazdığına görə, Paramount eyni zamanda Warner Bros.-a qarşı məhkəmə iddiası qaldırıb. İddiada şirkətdən Netflix tərəfindən təqdim olunan 82,7 milyard dollarlıq satınalma təklifinin niyə daha sərfəli hesab edildiyinə dair daha ətraflı məlumatın açıqlanması tələb olunur.

Qeyd olunur ki, ötən həftə Warner Bros.-un direktorlar şurası Paramount-un şirkətin alınması ilə bağlı 108 milyard dollarlıq son təklifini rədd edib və biznesinin böyük hissəsinin təxminən 83 milyard dollara Netflix-ə satılması qərarında qalıb.

Warner Bros. nümayəndəsinin açıqlamasında deyilir:
“Altı həftə və eyni müddətdə yayımlanan çoxsaylı mətbuat açıqlamalarına baxmayaraq, Paramount Skydance indiyədək təklifin qiymətini artırmayıb və onun çoxsaylı, açıq-aydın çatışmazlıqlarını aradan qaldırmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar