Pentaqona ŞOK KİBERHÜCUM:  3 milyon əməkdaşın məlumatı oğurlandı
29 sentyabr 2026 15:17 (UTC +04:00)

Pentaqona ŞOK KİBERHÜCUM: 3 milyon əməkdaşın məlumatı oğurlandı

0

ABŞ Müdafiə Nazirliyinin məlumat sisteminə genişmiqyaslı kiberhücum edilib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hakerlər Pentaqon əməkdaşları və hərbçiləri barədə məxfi məlumatların saxlanıldığı böyük kadr bazasına giriş əldə ediblər.

Hadisə nəticəsində 2 milyon 760 min sağ şəxsin, həmçinin 294 min vəfat etmiş şəxsin məlumatları ələ keçirilib. İcazəsiz girişin 2025-ci ilin oktyabrından 2026-cı ilin iyulunadək davam etdiyi bildirilir.

Hücum Müdafiə Nazirliyinin Kadr Məlumatları Mərkəzinin informasiya sistemində baş verib. Hadisə müəyyənləşdirildikdən sonra sistemdəki boşluğun dərhal aradan qaldırıldığı açıqlanıb.

Sözügedən mərkəz Pentaqonun əsas məlumat bazalarından biri hesab olunur. Burada həqiqi hərbi xidmət keçənlər, ehtiyatda olanlar, mülki əməkdaşlar, podratçılar, təqaüdçülər, veteranlar və hərbçilərin ailə üzvləri barədə 60 milyondan çox qeyd saxlanılır.

Pentaqon oğurlanan məlumatlardan zərərli məqsədlərlə istifadə edildiyinə dair hələlik sübut aşkarlanmadığını bildirib. Hadisə ABŞ Federal Təhqiqatlar Bürosunun işə qəbul portalına hücum barədə xəbərdarlığından bir neçə gün sonra açıqlanıb. Hakerin FTB əməkdaşlarının adlarını, ev ünvanlarını, əlaqə vasitələrini və sosial sığorta nömrələrini yaymaqla hədələdiyi qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 146

Oxşar yazılar