Qatarda doğduğu uşağı tualetə atdı,  həbs olunmadı
26 iyul 2025 19:22 (UTC +04:00)

Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı

Qazaxıstanda qatarla səyahət edərkən uşaq dünyaya gətirən və onu tualetin kanalizasiyasına atan qadın məhkəmə qarşısına çıxarılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, ölkənin Nəqliyyat Prokurorluğunun məlumatına görə, hadisə Qaraqanda – Sortirovoçnaya – Sarıbel marşrutu üzrə hərəkət edən qatarda baş verib.

İstintaqın məlumatına əsasən, sərnişin qadın doğuş sancıları hiss edərək tualetə yollanıb və orada heç bir tibbi yardım olmadan doğuş baş verib. Uşaq dünyaya gəldikdən sonra qadın onu unitaza atıb, oradan isə körpə relslərin üzərinə düşüb və ölüb.

Müəyyən edilib ki, təqsirləndirilən şəxs psixi pozuntudan əziyyət çəkir və doğuş zamanı bu vəziyyəti kəskinləşib. Onun daha əvvəl bu diaqnozdan xəbərdar olub-olmadığı isə məlum deyil.

Məhkəmə qadını anlaqsız vəziyyətdə hesab edərək, onun barəsində ixtisaslaşdırılmış tibbi müəssisədə məcburi müalicə təyin edib. Qərar hələlik qanuni qüvvəyə minməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1070

Oxşar yazılar