Qətərin Xarici İşlər Nazirliyi ölkənin nəhəng təbii qaz qurğusuna hücumdan sonra İranın hərbi attaşelərindən və texniki heyətdən 24 saat ərzində ölkəni tərk etməyi tələb edib.
Lent.az xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin sosial media hesabında məlumat verilib.
"Həm hərbi attaşe, həm də səfirlikdəki təhlükəsizlik attaşesi və hər iki attaşe ofisində çalışanlar “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunub və onlardan maksimum 24 saat ərzində dövlət ərazilərini tərk etmələri tələb edilir", - XİN-in məlumatında deyilir.