"Real"n keçmiş futbolçusunun sevgilisi döyüldü
05 yanvar 2026 01:17 (UTC +04:00)

"Real"n keçmiş futbolçusunun sevgilisi döyüldü

0

Fransalı futbolçu Teo Hernandezin evi 2022-ci ildə, o, "Milan"da oynayarkən qarət edilib.

Lent.az xəbər verir ki, bu barədə onun sevgilisi Zoe Kristofoli "Today"ə danışıb.

"Məni qarət ediblər və döyüblər. Evdə dayə və uşağımla idim. Bu, bizim yeni evimiz idi, şam yeməyi yeyirdik. Soyğunçular qarajdan içəri daxil oldular. Oğlumun gözü qarşısında məni döydülər. Sonra onu tutub divara çırpdılar", - Kristofoli deyib.

"Sonda hər şeyi götürdülər. Başıma silah dayayıb dedilər ki, təhlükəsizlik kodunu səhv daxil etsən, səni öldürəcəyik. Özümü günahkar hiss etdim. Teonun da seyfdə qiymətli əşyaları olduğunu bilirdim", - deyə qadın əlavə edib.

Qeyd edək ki, 28 yaşlı Teo Hernandez hazırda "Əl-Hilal"da çıxış edir. O, karyerası ərzində Fransa milli komandası ilə 2022-ci il dünya çempionatının gümüş və 2024-cü il Avropa çempionatının bürünc medalçısı olub. Müdafiəçi əvvəllər "Atletiko Madrid", "Real Madrid" kimi komandalarda oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 756

Oxşar yazılar