Rusiyada iki qırıcı təyyarə havada toqquşdu
07 sentyabr 2026 22:53 (UTC +04:00)

Rusiyada iki qırıcı təyyarə havada toqquşdu

0

Rusiyanın Kursk vilayətində iki Su-35S qırıcı təyyarəsinin havada toqquşduğu bildirilir.

Lent.az xəbər verir ki, bu barədə Rusiyanın hərbi aviasiya üzrə ixtisaslaşmış “Fighterbomber” “Telegram” kanalı məlumat yayıb.

Məlumata görə, təyyarələr Kursk vilayəti üzərində uçuş həyata keçirərkən toqquşublar. Hadisənin səbəbləri araşdırılır.

Hazırda pilotların vəziyyəti, eləcə də hadisənin digər təfərrüatları barədə məlumat yoxdur. Rusiya Müdafiə Nazirliyi insidentlə bağlı hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, Su-35S Rusiyanın “4++” nəslinə aid çoxməqsədli qırıcı təyyarəsidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar