Sedat Peker
21 sentyabr 2021 17:53 (UTC +04:00)

Sedat Peker

Sedat Pekerə 6 ildən çox həbs cəzası tələb olundu

Türkiyənin sabiq baş naziri Binali Yıldırımın oğlu Erkam Yıldırım Sedat Pekeri məhkəməyə verib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb xarici ölkələrdən birində olan kriminal qruplaşma lideri Sedat Pekerin E.Yıldırım haqqında ittihamlar səsləndirməsidir. Belə ki, qruplaşma lideri bu il mayın 23-də canlı yayımların birində E.Yıldırımın Kolumbiyada narkotik alveri ilə əlaqəli olduğunu dilə gətirib.

Qarşı tərəf isə buna cavab olaraq, onu məhkəməyə verib və araşdırma başlanıb. Araşdırma zamanı E.Yıldırımın S.Pekerin qeyd etdiyi tarixlərdə ölkəyə giriş-çıxışı yoxlanılıb. Nəticədə uyğunluq müəyyən olunmayıb.

Nəticə etibarilə Sedat Pekere qarşı hazırlanan iddianamədə onun “böhtan” və “səsli, yazılı və ya görüntülü şəkildə təhqir etmək” maddələri ilə 1 il 3 ay 15 gündən, 6 il 4 aya qədər həbs olunması istənilib.

Anadolu Cinayət Məhkəməsi iddianaməni qəbul edib və prosesin keçiriləcəyi günü təyin edib. Şübhəli S.Peker gələn il yanvar ayında mühakimə olunacaq. 

# 1983
avatar

Mehman Nəbiyev

Oxşar yazılar