İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, “İslam müqaviməti” ilk dəfə olaraq güclü “Şaib-12” raketindən istifadə edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, korpusun açıqlamasına görə, İraq ərazisində, Bağdad hava limanı yaxınlığında yerləşən ABŞ-ın “Viktoriya” hərbi bazasına hücum zamanı güclü döyüş başlığına malik “Şaib-12” raketlərindən istifadə olunub.
Açıqlamaya görə, bu raketlər ilk dəfə tətbiq edilib və zərbədən sonra baza üzərində dərhal qalın tüstü qalxıb.
