SEPAH-ın yeraltı qərargahları AŞKARLANDI:  Yeni əmr ortalığı “TOZ-DUMAN”  edəcək
07 aprel 2026 10:38 (UTC +04:00)

SEPAH-ın yeraltı qərargahları AŞKARLANDI: Yeni əmr ortalığı “TOZ-DUMAN” edəcək

0

ABŞ qırıcı təyyarəsi vurulduqdan sonra İranda aparılan xilasetmə əməliyyatları zamanı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandiri SEPAH-ın yeraltı qərargahına zərbə endirilməsi barədə göstəriş verib.

Fox News-un məlumatına görə, pilotun xilas edilməsi əməliyyatı davam etdiyi vaxt CENTCOM komandiri admiral Bred Kuper Tehrana yaxın ərazidə yerləşən SEPAH-a məxsus yeraltı obyektə zərbə endirilməsini əmr edib. Bu zərbə B-2 bombardmançı təyyarələri ilə həyata keçirilib və bunker əleyhinə istifadə olunan “Massive Ordnance Penetrator” tipli bombalardan istifadə olunub. Mənbələrin sözlərinə görə, qərargah tamamilə məhv edilib. Əməliyyatlar davam edir.

Məlumatda qeyd edilir ki, başqa yeraltı qərargahlar da aşkar edilib və məhv edilməsi üçün yüksək rütbəli şəxs əmr verib.

ABŞ hərbi dairələrindən yüksək rütbəli bir nümayəndə bildirib ki, xilasetmə əməliyyatı zamanı İran qüvvələrini ərazidən uzaq saxlamaq üçün B-1 bombardmançıları tərəfindən 100 ədəd 2000 funtluq bomba atılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar