Səudiyyə Ərəbistanında "lüks ada"  Sindalah açılır
06 noyabr 2024 09:48 (UTC +04:00)

Səudiyyə Ərəbistanında "lüks ada" Sindalah açılır

İtaliyanın “Luca Dini Design and Architecture” studiyası tərəfindən layihələndirilən Qırmızı dənizdəki ada kurortu olan Sindalah Səudiyyə Ərəbistanında NEOM "gələcəyin şəhəri"ndə tamamlanan ilk layihə olub. 

Lent.az-ın məlumatına görə, Qırmızı dənizdə NEOM sahilindən beş kilometr aralıda yerləşən “lüks ada kurortu” bir sıra xüsusi qonaqların üzünə açılıb.

NEOM-un baş direktoru Nadmi Əl-Nasr bildirib ki, NEOM Sindalahın açılışı ilə Krallıqda turizmin yeni dövrünü dəstəkləyir.

“Qırmızı dənizə açılan qapı olan bu əlamətdar məkanın reallaşdırılması Əlahəzrət Məhəmməd bin Salmanın uzaqgörən rəhbərliyi və onun 2030-cu ilə qədər olan baxışı sayəsində mümkün olub”, - deyə Əl-Nəsr əlavə edib.

Sindalah “Luca Dini Design and Architecture” tərəfindən dizayn edilərək 86 çarpayılıq marina və yaxta klubu ətrafında tikilib. İtalyan moda markası “Stefano Ricci” tərəfindən hazırlanmış interyerləri özündə əks etdirən Sindalahda yaxta klubu da daxil olmaqla otellər, restoranlar və məkanlar var. Həmçinin, adada çimərlik və qolf klubu, eləcə də pərakəndə satış məntəqələri və yaxtaların idarə olunması xidmətləri də mövcuddur.

Adaya gələn qonaqlar 440 otaq, 88 villa və 200-dən çox xidməti mənzil arasından seçim edə bilərlər.

Sindalah 2028-ci ilə qədər gündə 2400 ziyarətçi qəbul etməyi nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1329
avatar

Ləman Sərraf

Oxşar yazılar