Tehranda su qıtlığına görə  daha bir problem:  İctimai tualetlər   bağlanır
02 avqust 2025 15:08 (UTC +04:00)

Tehranda su qıtlığına görə daha bir problem: İctimai tualetlər bağlanır

Tehran ciddi ekoloji fəlakətlə üz-üzədir.

Tehran hakimiyyəti su qıtlığının pisləşməsi fonunda şəhərdəki bütün ictimai tualetlərin bağlanmasını əmr edib. 

Lent.az bildirir ki, İran mətbuatının xəbərinə görə, paytaxtda şəhəri içməli su ilə təmin edən su anbarlarında suyun səviyyəsi görünməmiş şəkildə azalıb.

Ölkə prezidenti Məsud Pezeşkian bir gün əvvəl bildirib ki, fövqəladə tədbirlər görülməsə, Tehranın su ehtiyatları yayın sonuna qədər tamamilə tükənə bilər. 

Ekspertlər artıq şəhərin yaşayış məntəqələrində irimiqyaslı su təchizatının dayandırılmasına yaxın olduğu barədə xəbərdarlıq edirlər. Xüsusilə, çoxmərtəbəli binaların 80 faizində təzyiqin aşağı olması səbəbindən yuxarı mərtəbələrə su verilişində artıq fasilələr yaranıb.

Mövcud böhranın səbəbləri arasında uzun illər yağıntının azalması, su ehtiyatlarının səmərəsiz idarə olunması, xaotik inkişaf və kənd təsərrüfatı sektorunun geriliyi var. Bundan əlavə, ölkə iqtisadiyyatı xarici siyasət və hərbi kampaniyaların xərcləri ilə ciddi şəkildə sarsılır.

İranlı analitiklər İsraillə son münaqişənin nəticələrinə xüsusi diqqət yetirirlər. On iki günlük müharibə zamanı İsrailin zərbələri bir sıra mühüm hərbi obyektləri, o cümlədən İsrailin enerji sistemini pozmalı olan elektromaqnit bombası yaratmaq layihəsini sıradan çıxarıb. 

Ekspertlərin fikrincə, bu hücumlardan sonra dəymiş ziyanın ödənilməsi dövlət resurslarının, o cümlədən su sektorunun maliyyələşdirilməsində onsuz da çətin olan vəziyyəti daha da pisləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308

Oxşar yazılar