ABŞ Prezidenti Donald Tramp cümə axşamı günü 70-ə yaxın ticarət tərəfdaşını əhatə edən yeni tarif fərmanı imzalayıb.
Lent.az-ın Ağ Evə istinadən verdiyi məlumata görə, fərman müəyyən ölkələrdən gətirilən mallara əlavə dəyər rüsumlarının tətbiqini nəzərdə tutur.
Fərmanda nəzərdə tutulan yeni tariflər icra sərəncamının imzalanmasından 7 gün sonra qüvvəyə minəcək. Lakin bəzi istisnalar logistik səbəblərlə daha sonra tətbiq edilə bilər.
Yeni tarif dərəcələri əsasən 10%-dən 40%-ə qədər dəyişir.
Bu göstəricilər Ağ Evin açıqladığı əlavədə yer alıb.
Anqola: 32% → 15%
Banqladeş: 37% → 20%
Bosniya və Herseqovina: 35% → 30%
Botsvana: 37% → 15%
Bruney: 24% → 25%
Kamboca: 49% → 19%
Kamerun: 11% → 15%
Çad: 13% → 15%
Fil Dişi Sahili: 21% → 15%
Konqo Demokratik Respublikası: 11% → 15%
Ekvatorial Qvineya: 13% → 15%
Avropa İttifaqı: 20% → 15% (əksər məhsullar üçün)
Folklend Adaları: 41% → 10%
Fici: 32% → 15%
Qayana: 38% → 15%
Hindistan: 26% → 25%
İndoneziya: 32% → 19%
İraq: 39% → 35%
İsrail: 17% → 15%
Yaponiya: 24% → 15%
İordaniya: 20% → 15%
Qazaxıstan: 27% → 25%
Laos: 48% → 40%
Lesoto: 50% → 15%
Liviya: 31% → 30%
Lixtenşteyn: 37% → 15%
Madaqaskar: 47% → 15%
Malavi: 17% → 15%
Malayziya: 24% → 19%
Mavriki: 40% → 15%
Moldova: 31% → 25%
Mozambik: 16% → 15%
Myanma: 44% → 40%
Namibiya: 21% → 15%
Nauru: 30% → 15%
Nigeriya: 14% → 15%
Şimali Makedoniya: 33% → 15%
Pakistan: 29% → 19%
Filippin: 17% → 19%
Serbiya: 37% → 35%
Cənubi Koreya: 30% → 15%
Şri-Lanka: 44% → 20%
İsveçrə: 31% → 39%
Tayvan: 32% → 20%
Tailand: 36% → 19%
Tunis: 28% → 25%
Vanuatu: 22% → 15%
Vyetnam: 46% → 20%
Zambiya: 17% → 15%
Zimbabve: 18% → 15%