ABŞ Prezidenti Donald Tramp İranla əməkdaşlıq edən bütün ölkələrə qarşı 25 faiz həcmində gömrük rüsumlarının tətbiq olunacağını bəyan edib.
Lent.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında yaz.
“İran İslam Respublikası ilə əməkdaşlıq edən istənilən ölkə ABŞ-la həyata keçirilən bütün növ sövdələşmələr üzrə 25 faiz rüsum ödəyəcək”, - Ağ Ev rəhbəri qeyd edib.
ABŞ prezidenti vurğulayıb ki, qərar dərhal qüvvəyə minir.