Trampın  ailəsində həssas günlər – Keçmiş gəlinə  belə sahib çıxdılar
21 may 2026 10:14 (UTC +04:00)

Trampın ailəsində həssas günlər – Keçmiş gəlinə belə sahib çıxdılar

0

ABŞ prezidenti Donald Trampın keçmiş gəlini Vanessa Trump süd vəzi xərçəngi diaqnozu aldığını açıqlayıb.

Fox News xəbər verir ki, 48 yaşlı Vanessa sosial şəbəkə hesabında paylaşdığı emosional müraciətdə xəstəlik xəbərinin onun və ailəsi üçün gözlənilməz olduğunu bildirib. O qeyd edib ki, artıq həkim nəzarəti altında müalicə planına başlayıb və bu həftə tibbi prosedur keçirib.

Vanessa paylaşımında “hazırda ümidini itirmədiyini” və ailəsinin dəstəyi ilə mübarizəni davam etdirdiyini vurğulayıb. O, xüsusilə uşaqlarına, yaxınlarına və həkim komandasına təşəkkür edib. Keçmiş model və aktrisa olan Vanessa həmçinin bu dövrdə məxfiliyinə hörmət edilməsini istəyib.

Məlumat yayılandan sonra Tramp ailəsinin bir çox üzvü ona dəstək mesajları göndərib. Donald Trampın qızı İvanka Tramp sosial şəbəkədə “Sənin üçün dua edirəm, güclü qal” sözlərini yazıb. Vanessanın böyük qızı Kai Trump da anasını “tanıdığı ən güclü insan” adlandırıb.

Vanessa Tramp 2005-ci ildə Donald Trump Jr. ilə ailə qurub. Cütlük 2018-ci ildə boşansa da, onların 5 övladı var və ailə münasibətlərini qoruyub saxladıqları bildirilir. ABŞ mediası yazır ki, Vanessa son illərdə məşhur qolfçu Tiger Woods ilə münasibətdədir və o da bu çətin dönəmdə Vanessaya dəstək olur.

Fox News-un məlumatına görə, Vanessa xəstəliyin mərhələsi və müalicənin detalları barədə hələlik əlavə açıqlama verməyib. Bununla yanaşı, həkimlər süd vəzi xərçəngində erkən diaqnozun həyati əhəmiyyət daşıdığını və mütəmadi müayinələrin vacibliyini xatırladıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar